Alfa Fire Liqanın püşkü atıldı

Alfa Fire Liqanın püşkü atıldı

Azərbaycan Mini-Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən Alfa Fire Liqanın püşkatması keçirilib.

Fanat.Az xəbər verir ki, turnirdə A və B qruplarının hərəsində 6 komanda olmaqla, 12 kollektiv mübarizə aparacaq. Qruplarda ilk 4 yerləri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaq. Turnirin qalibi isə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.

Alfa Fire Liqada “Zəfər”, “KA TV1”, “Vur komandir”, “Qalaksi”, “Lökbatan Yunayted”, “Qərbi Azərbaycan”, “Peçat Dönər”,  “Bizon”, “Beerbaşa", “Badamdar”, “Muğanbank”, “Sirena Motors” kollektivləri çıxış edəcək.

A qrupu: “Zəfər”, “Qərbi Azərbaycan”, “Vur komandir”, “Bizon”, “Badamdar”,   “Muğanbank”

B qrupu: “Qalaksi”, “Ka TV1”, “Peçat Dönər”, “Beerbaşa”, Lökbatan Yunayted”, “Sirena Motors”.

İlk görüşlər martın 12-nə planlaşdırılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər