Alessandro Nesta qovuldu - RƏSMİ

Alessandro Nesta qovuldu - RƏSMİ

"Montsa"nın baş məşqçisi Alessandro Nesta istefaya göndərilib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis komandanın uğursuz çıxışına görə qovulub.

Nesta cari mövsümün əvvəlindən "Montsa"nı çalışdırırdı. Komanda onun rəhbərliyi altında bu mövsüm 17 matça çıxıb. Sözügedən kollektiv bu qarşılaşmalarda 1 qələbə, 7 heç-heçə, 9 məğlubiyyətlə yadda qalıb. 

Qeyd edək ki, "Montsa" A Seriyasının turnir cədvəlində sonuncu yerdədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər