Aleksis Sançes İtaliya A Seriyasına qayıtdı - RƏSMİ

Aleksis Sançes İtaliya A Seriyasına qayıtdı - RƏSMİ

Ulduz hücumçu Aleksis Sançes yenidən İtaliya A Seriyasında çıxış edəcək. 

Fanat.Az xəbər verir ki, "Udineze" klubu rəsmi saytı vasitəsilə çilili forvardı transfer etdiyini açıqlayıb. 

35 yaşlı çilili friuliyalılarla 2026-cı ilin ortalarına qədər iki mövsümlük müqavilə imzalayıb. O  "Udineze"də 7 nömrəli forma geyinəcək. 

Aleksis Sançes bir vaxtlar"Udineze"nin heyətində 112 rəsmi oyun keçirib, bu matçlarda 21 qol vurub və 20 məhsuldar ötürmə edib. 2011-ci ilin yayında çilili Friuliya klubundan ayrılaraq "Barselona"ya keçib.  A seriyasının ilk turunda "Udineze" səfərdə "Bolonya" ilə qarşılaşacaq. Qarşılaşma avqustun 18-də baş tutacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər