Aleksander-Arnoldun "Real"a keçmək fikri yoxdur - İDDİA

Aleksander-Arnoldun "Real"a keçmək fikri yoxdur - İDDİA

"Liverpul"un sağ cinah müdafiəçisi Trent Aleksander-Arnoldun "Real Madrid"ə transferi baş tutmayacaq.

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış jurnalist Deyv Okop şəxsi saytı vasitəsi ilə yayıb.

Xəbərə görə, İspaniya nəhəngindən aldığı təklifə rəğmən, Trent yetirməsi olduğu "Liverpul"da qalmaq istəyir. Mənbə həm İngiltərə klubunun rəhbərliyinin, həm də futbolçunun yeni müqavilə ilə bağlı razılığa gələcəklərinə inandıqlarını vurğulayıb. 26 yaşlı Aleksander-Arnoldun getməyi arzulamadığı, "qırmızılar"la sərfəli maddi şərtlər fonunda anlaşma yeniləməyi hədəflədiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, sözügedən oyunçunun "Liverpul"la indiki müqaviləsinin müddəti gələn ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər