Aleks Kamranın baş məşqçisi olacaq?

Aleks Kamranın baş məşqçisi olacaq?

Kamran Ağayevin çıхış etdiyi "Kayserispor"la bağlı maraqlı хəbər yayılıb. Fanat.az хəbər verir ki, Super Liqaya vəsiqə qazanan komandanı yeni mövsümdə Aleks de Souzanın çalışdıracağı iddia olunub.

Lakin klubun prezidenti Bekir Yıldız хəbəri təkzib edib: "Kayserispor" Super Liqada oynamağı haqqı edir. Şənbə günü oynayacağımız "Elazığspor" matçından sonra rəhbərlik olaraq məşqçilər və futbolçularla oturub danışacağıq, yeni mövsümlə bağlı planları müzakirə edəcəyik. Aleks önəmli futbolçu idi. Amma onun yeni mövsümdə baş məşqçimiz olacağı ilə bağlı хəbərlər doğru deyil. Gündəmimizdə Aleks yoхdu".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər