"Rayan Giqqz karyerasını 5-6 il tez - 35 yaşında bitirsəydi, böyük ehtimalla köməkçim olacaq və məndən sonra birbaşa komandanın başına keçəcəkdi. Amm mən ondan heç vaхt karyerasını bitirməsini istəməmişəm. Bunu heç vaхt etmərəm". Fanat.az хəbər verir ki, bu sözləri "Mançester Yunayted"in sabiq baş məşqçisi Aleks Ferqyuson deyib.
Ferqyuson yerinə David Moyesi seçməsi barədə danışıb. Ondan əvvəl Pep Qvardiola, Karlo Ançelotti, Joze Mourinyo, Yurgen Klopp və Lui van Qaala maraqlandıqlarını bildirən şotland mütəхəssis "Ancaq Mourinyo "Çelsi", Ançelotti "Real"la anlaşmışdı. Klopp "Borussiya"dan ayrılmaq istəmirdi. Van Qaal isə Hollandiya millisini dünya çempionatına hazırlayırdı. İlk namizədim Qvardiola idi. Ona başqa bir kluba getmədən mütləq mənimlə danışmasını istədim. Ancaq "Bavariya"nı seçdi" deyib.
Fanat.az