Tanınmış futbol mütəxəssisi Ser Aleks Ferqyuson (Sir Alex Ferguson) əfsanəvi italiyan Alessandro Del Pyero (Alessandro Del Piero) ilə bağlı xatirəsini bölüşüb.
Fanat.Az xəbər verir ki, 79 yaşlı ingilis bu barədə ölkəsinin "The Mirror" nəşrinə açıqlamasında danışıb:
"İtaliya 2006-cı ildə Dünya Kubokunu qazanmışdı və həmin il "Yuventus" B Seriyasına düşdükdən sonra Del Pieronun klubdan ayrılacağına əmin idim. Düşünürdüm ki, bu cür səviyyəli oyunçu ikinci divizionda oynamamalıdır. Dərhal ona "Mançester Yunayted"də oynamağı təklif etdim.
Onun cavabı məni şoka salmışdı: "Ser Aleks, sizə çox böyük hörmətim var, amma "Yuventus" hazırda çox əziyyət çəkir. Klubun böyük problemləri var. Burda qalmaq və klubuma kömək etmək mənim borcumdur. Mən komandanın kapitanıyam və klubumu bu vəziyyətdə ata bilmərəm".
Xatırladaq ki, həmin dönəmdə "Yuventus"U Zlatan İbrahimoviç (Zlatan İbrahimovic), Canluka Zambrotta (Fabio Cannavaro), Fabio Kannavaro (Gianluca Zambrotta), Patrik Vyera (Patrick Vieira), Adrian Mutu və Emerson kimi tanınmış futbolçular tərk etmişdi.
Emin Şəmsiyev