Aleks baş məşqçi oldu

Aleks baş məşqçi oldu
Braziliya yığmasının və "Fənərbağça”nın sabiq yarımmüdafiəçisi Aleks de Souza məşqçiliyə başlayıb.
 
Fanat.Az xəbər verir ki, 43 yaşlı braziliyalı bunu öz "Twitter” səhifəsində bəyan edib.
 
O, "San-Paulo” ilə müqavilə imzalayıb. Veteran ulduz klubun U-20 komandasını çalışdıracaq.
 
Qeyd edək ki, 2004-12-ci illər aralığında "Fənərbağça”da oynamış məşhur oyunçu 2015-ci ildə futbolçu karyerasını başa vurub. Türkiyə klubunda keçirdiyi 9 mövsüm ərzində 344 oyuna çıxan  Aleks 171 qol, 147 məhsuldar ötürmə ilə yadda qalıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər