Alberto Akviliani A Seriyası komandasına baş məşqçi təyin edildi - RƏSMİ

Alberto Akviliani A Seriyası komandasına baş məşqçi təyin edildi - RƏSMİ

İtaliya millisinin sabiq sabiq yarımmüdafiəçisi Alberto Akvilani A Seriyası komandasına baş məşqçi təyin olunub.

Fanat.Az xəbər verir ki, sözügedən çalışdırıcı "Sassuolo"nun "sükanı arxası"na keçib.

Məlumatı klubun rəsmi saytı yayıb. Futbolçu qismində "Fiorentina" və "Roma"dakı çıxışı ilə tanınan mütəxəssis Fabio Qrossonun yerini tutub.

"Sassuolo" geridə qalan mövsümdə A Seriyasındakı mübarizəni turnir cədvəlinin 11-ci pilləsində başa vurub.

Qeyd edək ki, 41 yaşlı Akvilani daha öncə "Fiorentina", "Piza" və "Katandzaro"ya da rəhbərlik edib.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər