Alaba "Real"a keçsə, milyonlarla bonus alacaq - MƏBLƏĞ

Alaba "Real"a keçsə, milyonlarla bonus alacaq - MƏBLƏĞ
Yayda "Bavariya"dan ayrılacağı dəqiqləşən David Alaba "Real"la müqavilə bağlayacağı halda, böyük məbləğdə gəlir əldə edəcək.
Fanat.Az "Abc.es"ə istinadən xəbər verir ki, oyunçunun özü, agenti Pini Zahavi və atası Corc Alaba 20 milyon avro bonus qazanacaq.
Bundan başqa, Madrid klubu futbolçuya ildə 10 milyon avro əməkhaqqı da verəcək.
Qeyd edək ki, Davidlə "Real"la yanaşı, daha bir İspaniya nəhəngi - "Barselona" da maraqlanır. Artıq Kataloniya təmsilçisinin nümayəndələri də 28 yaşlı müdafiəçi ilə danışıqlara başlayıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər