Ala bilmədiyi "Qızıl top" Levandovskiyə verilə bilər

Ala bilmədiyi "Qızıl top" Levandovskiyə verilə bilər

Fransanın "France Football" jurnalı  2020-ci il üçün nəzərdə tutulan "Qızıl top" mükafatını "Barselona"nın hücumçusu Robert Levandovskiyə təqdim edə bilər.

Fanat.Az "Diario Sport"a istinadən xəbər verir ki, jurnalın rəhbərliyi gec də olsa, ədaləti bərpa etməkdə və narazı kütlənin qınağından qurtulmaqda maraqlıdır.

Xatırladaq ki, "Qızıl top" 2020-ci ildə koronavirus pandemiyası səbəbindən sahibini tapmayıb. Həmin vaxt "Bayern Münhen"də oynayan Levandovski 47 matçda 55 qol vurub və bu mükafata sahib çıxmağa ən real namizəd olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər