AL: "Sevilya" MY-ni finala buraxmadı

AL: "Sevilya" MY-ni finala buraxmadı
Bu gün Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.
 
Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir görüş reallaşıb.
 
İndiyədək turnirin ən çox (5 dəfə) qalibi olmuş "Sevilya” "Mançester Yunayted”lə üz-üzə gəlib. 
Almaniyanın Köln şəhərindəki "Reyn Energi” stadionunda baş tutan görüşü almaniyalı FIFA referisi Feliks Brix idarə edib. Üç qolun qeydə alındığı qarşılaşmada sevinən tərəf İspaniya təmsilçisi olub.
 
Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyunu sabah İtaliya "İnter”i ilə Ukrayna "Şaxtyor”u arasında olacaq.
 
Avropa Liqası
Yarımfinal
16 avqust
 
"Sevilya” (İspaniya) – "Mançester Yunayted” (İngiltərə) 2:1
Qollar: Suso, 26. De Yonq, 78 – B.Fernandes, 9-pen.
Almaniya, Köln. "Reyn Energi” stadionu.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər