Braziliyanın ev sahibliyi etdiyi dünya çempionatı davam edir. Fanat.az xəbər verir ki, bu gecə iki oyun keçirilib.
Əvvəlcə Belçika və Əlcəzair qarşılaşıb. Avropa təmsilçisi afrikalılar üzərində 2:1 hesablı qələbə qazanıb (bu barədə başqa xəbərdə daha ətraflı oxu).
Bundan sonra II tura start verilib. A qrupunda yer alan meydan sahibi Braziliya Meksikanı sınağa çəkib. Braziliya ilk turda Xorvatiyanı (3:1), Meksika Kamerunu (1:0) udmuşdu. Cüneyt Çakırın başçılıq etdiyi türk hakimlər briqadasının idarə etdiyi bu günkü matçda isə qalib müəyyənləşməyib - 0:0.
Qeyd edək ki, saat 03.00-da isə H qrupunun ikinci matçı oynanılacaq. Bu dəfə şimal qonşumuz Rusiya Cənubi Asiya təmsilçisi Cənubi Koreya ilə münasibətlərini aydınlaşdıracaq.
DÇ-2014
Qrup mərhələsi
18 iyun
A qrupu
Braziliya - Meksika 0:0
Braziliya: Julio Sezar, Dani Alvesş, Tyaqo Silva, David Luiz, Marselo, Paulinyo, Oskar (Villian, 84), Ramires (Bernard Duarte, 46), Luiz Qustavo, Fred (Jo, 68), Neymar.
Ehtiyat oyunçular: Cefferson, Viktor Baqi, Dante, Maksvell Andrade, Henrike, Maykon, Fernandinyo, Hernanes, Halk.
Baş məşqçi: Luis Felipe Skolari.
Meksika: Guillermo Oçoa, Françisko Rodriges, Rafael Markuez, Migel Layun, Hektor Moreno, Paul Aquilar, Hektor Herrera (Marko Fabian, 76), Andres Quardado, Jose Vazkuez, Covani dos Santos (Raul Ximenez, 84), Oribe Peralta (Xavyer Hernandez, 74).
Ehtiyat oyunçular: Jose Korona, Alfredo Talavera, Karlos Salkido, Dieqo Antonio Reyes, Migel Angel Ponke, İsaak Brizuela, Xavyer Aquino, Karlos Pena, Alan Pulido.
Baş məşqçi: Migel Herrera.
Sarı vərəqələr: Ramires, 45. Tyaqo Silva, 80 - Paul Aquilar, 59. Jose Vazkuez, 62.
Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarik Ongün (Turkiyə), Svein Oddvar Moen (Norveç).
Fortaleza. "Estadio Kastelo".
Fanat.az