Akinfeyevdən tarixi rekord

Akinfeyevdən tarixi rekord

İqor Akinfeyev Rusiya futbol tarixində yeni rekorda imza atıb.

Fanat.Az xəbər verir ki, Moskvanın ÇSKA klubunun qapıçısı Premyer Liqanın 2023/2024 mövsümünün 1-ci turunda “Ural”la görüşdə meydana çıxmaqla buna nail olub.

Komandasının səfərdə 1:2 hesabı ilə məğlub olduğu qarşılaşmada çərçivəni qoruyan 37 yaşlı Akinfeyev 21-ci mövsümdə çempionat oyununda iştirak etməklə, rekordu ələ keçirib. O, 20 çempionatın iştirakçısı olan Dmitri Loskov və Aleksandr Anyukovu qabaqlayıb.

Karyerası ərzində yalnız ÇSKA-nın formasını geyinən Rusiya millisinin sabiq qolkiperi indiyə qədər ölkə çempionatında 544 oyunda meydana çıxıb.

Xatırladaq ki, Akinfeyev 2003-cü ildən Moskva klubunun əsas komandasının formasını geyinir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər