Ağır atletimiz Dünya kubokunun bürünc medalını qazandı

Ağır atletimiz Dünya kubokunun bürünc medalını qazandı
Gürcüstanın Tbilisi şəhərində keçirilən Dünya Kubokunda Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin pauerlifting idman növü üzrə milli komandasının üzvü, 97 kq çəki dərəcəsində iştirak edən Nurlan Babacanov 190 kq nəticə göstərərək yarışın bürünc medalına sahib olub.
Fanat.Az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Qeyd edək ki, yarış Tokio 2020 Yay Paralimpiya oyunlarında iştirak üçün reytinq xalları qazandırır.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər