AİJA-dan xüsusi gündə kreativ addım

AİJA-dan xüsusi gündə kreativ addım
2 iyul Beynəlxalq İdman Jurnalistləri Günü Azərbaycanın idman mediası yaradıcı əməkdaşları üçün ikiqat bayramdır. 
Fanat.Az xəbər verir ki, dünən Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təşkilatçılığı ilə Azərbaycan Gənclər və İdman Nazirliyinin Bakıdakı Olimpiya İdman Növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzində idman jurnalistləri və futbol veteranları arasında yoldaşlıq görüşü keçirilib.
Oyundan əvvəl AİJA prezidenti Eldar İsmayılov həmkarları və veteran futbolçuları 2 iyul Beynəlxalq İdman Jurnalistləri Günü münasibəti ilə təbrik edib.
Daha sonra AİJA-nın vitse-prezidenti Anar Şabanoğlu bu bayramın başqa bir bayrama qarışdığını - paytaxtda AVRO 2020-nin final mərhələsinin son oyunu ilə eyni vaxta təsadüf etdiyini, Azərbaycan tairixində ilk dəfə AÇ final mərhələsində və final matçında oynamış və çempionatın  gümüş medalına layiq görülmüş mərhum futbolçu Anatoli Banişevskinin həyat yoldaşı Səidə Banişevskayanı və veteran futbol həkimi Boric Xetaqurovu rəmzi olaraq oyunda topa ilk zərbəni vurmağa dəvət edib.
Dostluq şəraitində keçən görüş 5:5 hesab ilə başa çatıb. 
Matcda veteranlardan Elxan Abdullayev, Hüseyn Məhəmmədov, Rəşad Abdullayev, Xəqani Məmmədov, Eldəniz Məmmədov, jurnalistlərdən isə Şəmsəddin Abbasov, Rüstəm Əfsərli, Ümid Süleymanov, Sənan Abdullayev, Xanoğlan İmanov fərqləniblər.
Bu tarix həm də idman jurnalisti - "Qarabağ" qazisi Daşqın Əzizin doğum gününə təsadüf etdiyindən 26 yaşı tamam olan Vətən müharibəsi iştirakçısına tort hədiyyə edilib. 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər