"AGF Trophy"də topla hərəkətlərdə finalçılar bilindi

"AGF Trophy"də topla hərəkətlərdə finalçılar bilindi

Bakıda keçirilən bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turnirində top ilə yarışların finalçıları müəyyənləşib.

Fanat.Az xəbər verir ki, təsnifat mərhələsində ilk səkkiz pillədə yer alan gimnastlar finala adlayıblar. Həlledici mərhələdə Azərbaycanın iki gimnastı – Şəms Ağahüseynova və Sofiya Məmmədova medallar uğrunda mübarizə aparacaq. Təmsilçilərimiz ilə yanaşı, finalda kiprli Vera Tuqolukova, Özbəkistan gimnastı Natalya Usova, polşalı Olivia Maslov, israilli Lian Rona, Bolqarıstan idmançısı Dara Malinova və misirli Alia Ahmed çıxış edəcəklər.

Qeyd edək ki, turnirə 14 ölkədən 119 gimnast qatılıb. Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edəcək. Üç gün davam edəcək yarışda iştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar.

Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər