Azərbaycan Güləş Federasiyasının (AGF) altı ay ərzindəki fəaliyyətinə həsr olunan tədbir keçirilib.
AGF-nin inzibati binasında təşkil olunan tədbirdə baş katib, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb və güləşçilərimizin qazandığı nailiyyətləri yüksək qiymətləndirib.
“Son altı ay ərzində güləşçilərimiz beynəlxalq turnirlərdə, Avropa çempionatında və 27-ci Dünya Universiadasında uğurla çıxış edib və Azərbaycanı layiqincə təmsil edib. Ümumilikdə beynəlxalq turnirlərdə 139 medal qazanılıb, onlardan 34-ü qızıl, 29-u gümüş, 66-sı bürünc əyarlıdır. Avropa çempionatlarında isə ümumilikdə 35 medal – 10 qızıl, 7 gümüş, 18 bürünc qazanılıb. Güləşçilərimizin əldə etdiyi nailiyyət ölkəmizdə idmana göstərilən qayğının nəticəsidir”.
Sonra Azərbaycan Güləş Federasiyasının fəaliyyətini, güləşçilərin uğurlarını işıqlandıran media nümayəndələri 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edilib və onlara xatirə hədiyyələri təqdim olunub.
İdman24.az