Afrikalı rekordçu karyerasını bitirdi

Afrikalı rekordçu karyerasını bitirdi

İtaliyanın "Yuventus" və "İnter" komandalarının sabiq futbolçusu Kvadvo Asamoa karyerasını başa vurub.

Fanat.Az "Ghana Soccernet"ə istinadən xəbər verir ki, qanalı müdafiəçi 34 yaşında futbolla vidalaşıb.

A Seriyasında 279 oyun keçirən veteran futbolçu bu müddət ərzində 13 titul qazanıb. O, İtaliya çempionatında oyun sayı baxımından afrikalılar arasında rekordçudur.

Qeyd edək ki, Kvadvo Asamoa 2012 - 2018-ci illərdə "Yuventus"un, 2018 - 2020-ci illərdə isə "İnter"in formasını geyinib. Onun son komandası İtaliya "Kalyari"si olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər