Afrika Millətlər Kuboku: Bürünc medalın sahibi bəlli oldu

Afrika Millətlər Kuboku: Bürünc medalın sahibi bəlli oldu

Futbol üzrə Afrika Millətlər Kubokunda üçüncü yerin sahibi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, bürünc medallar uğrunda Burkina Faso və Kamerun yığmaları üz-üzə gəlib.

Matç 3:3 hesabı ilə yekunlaşdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən Kamerun seçməsi bürünc medalın sahibi olub. 

Qeyd edək ki, turnirin həlledici oyununda Seneqal və Misir yığmaları qarşılaşacaq. Görüş 6 fevral tarixində Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər