AFFA rəsmiləri UEFA-nın seminarında

AFFA rəsmiləri UEFA-nın seminarında

AFFA əməkdaşları Yunanıstanın paytaxtı Afinada UEFA-nın təşkilatçılığı ilə "Kütləvi futbolda idarəçilik" mövzusunda keçirilən seminarda iştirak ediblər.

Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 ölkənin (Azərbaycan, Yunanıstan, Albaniya, Belçika, Xorvatiya, Danimarka, Estoniya, Farer adaları, Finlandiya, Fransa, İsrail, İtaliya, Kosovo, Latviya, Malta, Şimali İrlandiya, Portuqaliya, İspaniya, Ukrayna və Uels) iştirak etdiyi seminara AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və mütəxəssis Ziya Səfərov qatılıblar.

Tədbir oktyabrın 16-dək davam edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər