AFFA rəsmiləri UEFA-nın seminarında

AFFA rəsmiləri UEFA-nın seminarında

Gürcüstanın paytaxtı Tbilisidə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda seminar keçirilib.

Fanat.Az xəbər verir ki, UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları iştirak ediblər. 

Seminarda bir sıra mövzular müzakirə olunub:

- Növbəti mövsümdən etibarən klublara UEFA tərəfindən ödənilən həmrəylik ödəmələrinin lisenziyalaşdırma qaydalarında əks olunması və bu qaydalara uyğun olaraq idarə olunması; - Gürcüstanda lisenziyalaşdırma sisteminin və infrastruktur layihələrinin inkişafı; - Müxtəlif ölkələrdə lisenziyalaşdırma prosesi çərçivəsində klubların uşaq akademiyalarında monitorinq və yoxlamaların təşkili; - Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı qaydalarında yeniliklər; - Cari mövsümdən etibarən tətbiq edilən yeni hüquqi meyarın müzakirəsi və tətbiqi (klubların əmtəə nişanları, tarixi və idman nailiyyətləri); - Bir neçə klubun eyni sahibkarlıqda olması ilə bağlı məsələlər; - Lisenziar olan milli assosiasiyaların sertifikasiyası; - UEFA-nın Lisenziyalaşdırma üzrə illik hesabatı; - UEFA-nın milli assosiasiyalar arasında təcrübə mübadiləsi proqramı və s.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər