Dünyanın ən bahalı modellərindən olan braziliyalı model Adriana Lima Braziliyaya dəstək olub. Fanat.az xəbər verir ki, model futbol üzrə dünya çempionatında mübarizə aparan ölkəsinə çempionat başladığı gündən etibarən sosial şəbəkədə maraqlı şəkillər paylaşmaqla dəstək verir.
Adriana əlində top və Braziliyanın bayraq rəngləri əks edilən geyimlər geyinərək kamera qarşısında pozalar verib. Bu günlərdə isə model milli komandanın köynəyini geyinərək ticarət mərkəzlərindən birində alış-veriş edib. Dünyaca məşhur qadın alt geyimi "Victoria Secret"in mələyi paparazzilərə tuş gəlib.
Fanat.az