Məşhur rumıniyalı keçmiş futbolçu Adiran Mutunun yeni işyeri müəyyənləşib. Fanat.Az xəbər verir ki, 41 yaşlı mütəxəssis Rumıniyanın U-21 millisinin baş məşqçisi təyin edilib. Məlumatı yerli federasiyanın rəsmi saytı yayıb.
Qeyd edək ki, Rumıniya millisində 73 çıxdığı oyunda 33 qol vuran Mutu "Çelsi", "Yuventus", "Fiorentina" və "Parma" kimi klublarda da top qovub.
Fanat.Az