Adil Şükürovun harada işləyəcəyi bəlli oldu

Adil Şükürovun harada işləyəcəyi bəlli oldu

"Kəpəz"in sabiq baş məşqçisi Adil Şükürovun yeni iş yeri bəlli olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, o, "Ulduz" Futbol Akademiyasında məşqçi kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, Şükürov bu yay Gəncə təmsilçisinin "sükanı arxası"na keçsə də, komanda 48 yaşlı mütəxəssisin rəhbərliyi altında Misli Premyer Liqasının ilk 5 turunda xal qazana bilməyib və istefa qaçılmaz olub. Adil bəylə yolları ayıran "Kəpəz" rəhbərliyi vəziyyətdən çıxış yolunu ötən mövsüm "sarı-göylər"in çalışdırıcısı qismində ümidləri doğruldan Azər Bağırovu geri qaytarmaqda görüb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər