"Atletiko Madrid"in qapıçısı Yan Oblak İspaniya La Liqasının 23-cü turu çərçivəsində keçirilən Madrid derbisini (1:1) şərh edib.
Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:
"Oyunun gedişatını nəzərə alsaq, bərabərlik yaxşı nəticədir. Ancaq biz qələbə qazanmaq istəyirdik. Matça yaxşı başlamadığımız üçün işimiz asan olmadı. Bu qarşılaşmada qalib gələ, heç-heçə edə və uduza bilərdik. Ümumi baxsaq, hesabdan razı qalmalıyıq. Əlbəttə, "Real" da meydana 3 xal üçün çıxmışdı. Adətən derbilərdə sona yaxın "Real" qol vurur. Amma bu dəfə biz son dəqiqələrdə rəqib qapısına yol taparaq vəziyyətdən çıxdıq".
Qeyd edək ki, 23 oyuna 58 xal toplayan "Real" turnir cədvəlinin 1-ci, 48 xala malik "Atletiko" isə 4-cü pilləsində mövqe tutub.