Adebayor yenidən Super Liqada

Adebayor yenidən Super Liqada
"Başakşəhər"dən ayrılan Emmanuel Adebayor karyerasını Türkiyədə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, hücumçu "Kayserispor"a transfer olunub. 35 yaşlı futbolçu müqavilə bağlamaq üçün Kayseriyə yollanıb. O, bu gün yeni klubu ilə münasibətlərini rəsmiləşdirəcək.
Qeyd edək ki, 2017-ci ildən "Başakşəhər"də oynayan Toqo millisinin üzvü əvvəllər Fransanın "Mets", "Monako", İngiltərənin "Arsenal", "Mançester Siti", "Tottenhem", "Kristal Pelas" və İspaniyanın "Real" klublarda forma geyinib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər