Türkiyənin tanınmış prodüseri və aparıcısı Acun İlicalının aldığı İngiltərə Çempionşipində çıxış edən "Hall Siti"nin yeni çalışdırıcısı bəlli olub.
Fanat.Az "Sport Arena"ya istinadən xəbər verir ki, klub baş məşqçi postunu Acunun yaxın dostu Şota Arveladzeyə tapşıracaq.
Yaşayış və iş icazəsi ilə bağlı rəsmi prosedurlarda problem olmasa, “Hall Siti”nin yeni baş məşqçisi məhz gürcü mütəxəssis olacaq.
48 yaşlı Arveladze bir müddət əvvəl Özbəkistanın "Paxtakor" klubunu çalışdırıb.
Digər tərəfdən, Acun Ilıcalının "Qalatasaray"dan Mbaye Diaqneni "Hall Siti"yə transfer etməyi düşündüyü, lakin seneqallı hücumçu zədələndikdən sonra bu fikrindən vaz keçdiyi üzə çıxıb.