Acun Ilıcalının klubu baş məşqçisi ilə vidalaşdı

Acun Ilıcalının klubu baş məşqçisi ilə vidalaşdı

Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu İngiltərənin "Hall Siti" baş məşqçisi Tim Valterlə əməkdaşlığa son qoyub.

Fanat.Az Çempionşip təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komandaya müvəqqəti olaraq Endi Douson rəhbərlik edəcək.

48 yaşlı Valter bu posta mayda təyin olunmuşdu. Hazırda 15 xalı olan "pələnglər" Çempionşipin turnir cədvəlində 22-ci sırada qərarlaşıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər