Açıq Avropa turnirində 11 cüdoçu iştirak edəcək

Açıq Avropa turnirində 11 cüdoçu iştirak edəcək

11-12 martda İtaliyanın paytaxtı Roma şəhərində cüdo üzrə Açıq Avropa turniri keçiriləcək.

Fanat.Az xəbər verir ki, 36 ölkədən 401 idmançının iştirak edəcəyi yarışda Azərbaycan 11 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçularımıza böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Mövlud Mirəliyev və Mehman Əzizov rəhbərlik edəcək.

Azərbaycanın cüdo üzrə milli yığmalarının baş həkimi Ramil Vəliyev yarışda komissar həkim kimi fəaliyyət göstərəcək.

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova və Olimpiya dərəcəli hakim Fariz Hüseynov turnirdə ədalət təmsilçiləri sırasında yer alacaq.

-60 kq.  Rəşad Yelkiyev  Kənan İsmayılov 

-66 kq.  İsmayıl İbrahimov  Tofiq Əliyev 

-73 kq.  İbrahim Əliyev  Telman Vəliyev 

-81 kq.  Məhərrəm İmamverdiyev  Zaməddin Poladov 

-100 kq.  Adil Kərimli  Ruslan Nəsirli  Aslan Mirzəyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər