Açıq Avropa turniri: Cüdoçularımızdan "qızıl" və "gümüş"

Açıq Avropa turniri: Cüdoçularımızdan "qızıl" və "gümüş"

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə açıq Avropa turnirinin ilk günündə Azərbaycan yığması iki medal qazanıb.

Fanat.Az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində final görüşündə Samir Piriyev və Turan Bayramov üz-üzə gəlib. Qarşılaşmanı qızıl xal bölümündə "ippon"la başa vuran Bayramov qızıl, Piriyev isə gümüş medal əldə edib.

Qeyd edək ki, yarışın birinci günündə 11 idmançımız mübarizə aparıb. Sabah daha 7 cüdoçumuz tatami üzərinə çıxacaq.

Yarışda 26 ölkədən ümumilikdə 321 idmançı iştirak edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər