ABŞ şirkəti "Everton"u ala bilmədi

ABŞ şirkəti "Everton"u ala bilmədi

ABŞ-nin "777 Partners" investisiya şirkətinin "Everton"u 500 milyon funt sterlinqə almaq istəyi baş tutmayıb.

Fanat.Az xəbər verir ki, məlumatı Liverpul təmsilçisinin mətbuat xidməti yayıb.

Bu isə o deməkdir ki, klub borclarını ödəmək üçün aparıcı futbolçularını satmaq məcburiyyətində qalacaq.

Xatırladaq ki, ötən mövsüm məhz maliyyə problemləri üzündən xalları silinən "Everton" İngiltərə Premyer Liqasında qalmağı bacarıb.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər