ABŞ Rusiyanı ittiham etdi

ABŞ Rusiyanı ittiham etdi
Amerika KİV-i rusiyalı fiqurlu konkisürən Adelina Sotnikovanın Olimiadadakı qələbəsinə şübhə ilə yanaşır. Fanat.az xəbər verir ki, Adelina qadınların fiqurlu konkisürmə yarışında qızıl medala layiq görülüb. Rusiyalı idmançılar heç vaxt bu növdə qalib gəlməyiblər.
Fanat.az xəbər verir ki, nəticələr elan edildikdən dərhal sonra ABŞ KİV-i onun qələbəsinə şübhə ilə yanaşıblar. Sotnikova 224,59 bal, koreyalı Yu-Na Kim isə 219,11 bal toplayıb.
Amerikalı şərhçilərdən biri deyib: “Mən bu nəticələrdən sarsılmışam. Burada balların necə hesablanmasını başa düşə bilmirəm. Nə üçün Sotnikova birinci, Kim isə ikincidi?”
ESPN kanalının icmalçısı Bil Plaşke isə bildirir ki, Rusiya əvvəldən sövdələşib və xokkeydəki məğlubiyyətdən sonra nəyin bahasına olursa olsun fiqurlu konkisürmə yarışında bəraət qazanmaq istəyib. Plaşke “Twitter” səhifəsində bildirib: “Kraliça Yu-Na Kim heyrətamiz idi. Sotnikovadan dəfələrlə yaxşı idi. Lakin o, qalib gəlmədi. İnanılmazdı. Bax, burada iri bir qalmaqal yarandı. Sotnikova qalib gəldi, azarkeşlər heyrətə gəlib, Kim çaşqınlıq içindədi. Bu, düzgün deyil, düzgün deyil”.
Sotnikova isə qələbəsi haqda bunları qeyd edib: “Münsiflər haqqında sualları mənə verməyin. Mən öz işimi gördüm, Rusiyaya qızıl medal gətirdim. Bu mövsümü çox yaxşı keçirtmişəm. Olimpiadada karyeramın zirvəsinə qalxdım. İnanmıram ki, bugünkü kimi nə vaxtsa yaxşı konki sürmüşəm.”
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər