ABŞ millisindən inanılmaz rekord - Bunu heç kişilər də bacarmayıb

ABŞ millisindən inanılmaz rekord - Bunu heç kişilər də bacarmayıb

Yeni Zelandiya və Avstraliyada keçirilən qadın futbolçular arasında dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün mundialın 2-ci turu çərçivəsində E qrupunda yer alan rəqiblər - ABŞ və Niderland münasibətlərinə aydınlıq gətiriblər.

Oyun 1:1 hesabı ilə yekunlaşıb. 

Beləliklə, ABŞ seçməsi DÇ-lərdə keçirdiyi ardıcıl 19 oyunda məğlub olmayaraq yeni rekord müəyyənləşdirib. İndiyədək istər kişilərdən, istərsə də qadınlardan ibarət heç bir milli komandanın belə məğlubiyyətsiz seriyası olmayıb.

Qeyd edək ki, ABŞ son mundialın qalibidir.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər