ABŞ-ın baş məşqçisi millimizi "fantastik" adlandırdı

ABŞ-ın baş məşqçisi millimizi "fantastik" adlandırdı
ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmann millimizlə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, DÇ-2014-ə hazırlaşan komandanın çalışdırıcısı mayın 27-də Azərbaycan, iyulun 1-də Türkiyə, 6 gün sonra isə Nigeriya ilə baş tutacaq oyunları dəyərləndirib.
Alman mütəxəssis rəqiblərini fantastik adlandırıb: "Bizim fantastik rəqiblərimiz var. Onlar bizə mundiala yaxşı hazırlaşmağa kömək edəcək. Bu komandalar qrup mərhələsindəki rəqiblərimizlə görüşlərə hazırlıq üçün faydalıdı. Müxtəlif şəhərlərdə oynayacağımızdan fərqli iqlim qurşaqlarında çıxış etmək təcrübəsi də qazanacağıq".
Qeyd edək ki, ABŞ - Azərbaycan oyunu San-Fransiskoda keçiriləcək. Bu matç almaniyalı mütəxəssislərin dueli olacaq. Millimizin çalışdırıcısı Berti Foqtsun 1990-98-ci illərdə Klinsmannın da futbolçu kimi çıxış etdiyi Almaniya yığmasına rəhbərlik edib. Onlar 1996-cı ildə Avropa çempionu titulunu qazanıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər