ABŞ-dan alınan darmadağını baş məşqçiyə bağışlamadılar

ABŞ-dan alınan darmadağını baş məşqçiyə bağışlamadılar
Kosta-Rika millisinin baş məşqçisi Ronald Qonsales qovulub. 
Fanat.Az xəbər verir ki, informasiyanı Kosta-Rika Futbol Federasiyasının rəsmi saytı yayıb.
 
Kosta-Rika yığması bu gün ABŞ-la yoxlama oyunu keçirib. Qarşılaşma bu komandanın 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Matçdan dərhal sonra baş məşqçi istefaya göndərilib.
 
Qeyd edək ki, Ronald Qonsales 2019-cu ildən Kosta-Rika yığmasına rəhbərlik edirdi. Bu komanda onun rəhbərliyi altında keçirdiyi son 10 oyunda qələbə qazana bilməyib. Sonuncu dəfə 2019-cu ilin noyabrında Kurasaoya qalib gələn kosta-rikalılar, ondan sonrakı görüşlərdən cəmi ikisində heç-heçə etdikləri halda, qalan görüşlərdə məğlubiyyətlə üzləşiblər.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər