Abramoviç Rusiyanın hansı klubunu alacaq?

Abramoviç Rusiyanın hansı klubunu alacaq?

"Çelsi"ni satmaq məcburiyyətində qalan tanınmış iş adamı Roman Abramoviç Rusiya futboluna sərmayə qoymağa qərar verib. Sahibkar RPL klublarından birini alacaq.

Fanat.Az xəbər verir ki, belə bir iddia ilə "Rossiyskiy Futbol:RPL" portalı çıxış edib. 

Böyük ehtimalla Abramoviçin yeni klubu Moskva MOİK-i olacaq.

 ABŞ-ın MOİK-in sponsoru "VTB Bank"a qarşı sürdüyü sanksiyalar səbəbindən “hırbçilər” işi xeyli mürəkkəbləşib. Bu səbəbdən də bank səhmlərini satmaq istəyir. Bundan əlavə, Abramoviç uşaqlıqdan MOİK-in azarkeşidir və “qırmızı-mavilər”in prezidenti Yevgeni Ginerlə mehriban münasibətdədir.

Bu gün Britaniya hökuməti Abramoviçə qarşı daha bir sanksiya tətbiq edib. Rusiyalı iş adamının “Çelsi” də daxil olmaqla, bütün səhmləri dondurulub.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər