ABL: "Lənkəran" rəqibini məğlub yola saldı

ABL: "Lənkəran" rəqibini məğlub yola saldı

Azərbaycan Basketbol Liqasında VII tur start götürüb.

Fanat.Az-ın məlumatına görə, günün yeganə oyununda "Lənkəran" "Sərhədçi"ni qəbul edib

Lənkəran Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma ev sahiblərinin 83:78 (19:18, 20:23, 20:14, 24:23) hesablı qələbəsi ilə başa çatıb. "Lənkəran"ın heyətində ən məhsuldar oyunçu dabl-dablla yadda qalan (21 xal + 11 ribaund) Bilal Şabazz olub.

Qeyd edək ki, tura noyabrın 16-da yekun vurulacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər