ABL: "Gəncə" "Lənkəran"ı yendi

ABL: "Gəncə" "Lənkəran"ı yendi

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsi start götürüb.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə "Gəncə" "Lənkəran"la qarşılaşıb.

Gəncə İdman Sarayında reallaşan qarşılaşma meydan sahiblərinin 96:92 hesablı qələbəsi ilə başa çatıb.

Tərəflər növbəti matçı aprelin 13-də keçiriləcək. Cütün qalibi 1/4 finalda "Şəki"nin rəqibi olacaq.

Qeyd edək ki, pley-in mərhələsinin ilk oyunlarına aprelin 11-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər