Abışovdan Berdıyevin qovulmasına REAKSİYA

Abışovdan Berdıyevin qovulmasına REAKSİYA
"Kurban Berdıyevin “Rubin”in baş məşqçi postundan gedişi mənim üçün gözlənilməz oldu". Fanat.az xəbər verir ki, bu sözləri "Rubin"in azərbaycanlı futbolçusu Ruslan Abışov deyib.
 
Türkmənistanlı mütəxəssisə gələcək karyerasında uğurlar arzulayan 26 yaşlı müdafiəçi bildirib ki, futbolçular kimi baş məşqçi də komandadan gedə bilər: "Berdıyev mənim yaddaşında yaxşı baş məşqçi kimi qalacaq. Düzdü, onun rəhbərliyi altında 1 il ərzində demək olar ki, meydana çıxmadım. Amma özümü heç kimdən zəif saymırdım. Bunu Rusiya mətbuatı da yazırdı. Mənə nədənsə az şans verməyinə baxmayaraq, onun məşqlərindən çox şeyi öyrəndim".
 
Gələcək taleyinə gəldikdə, Abışov "Rubin"lə müqaviləsinin hələ davam etdiyini söyləyib. Həmyerlimiz bu yaxınlarda verdiyi "Görsəm ki, oynatmırlar, başqa kluba icarəyə verilməyimi istəyəcəyəm" açıqlamasına yenidən qayıtmaq istəməyib: "Gələn ayın 11-də Türkiyənin Antalya bölgəsində təlim-məşq toplantımız başlanacaq. Çalışacağam ki, məşqlərdə özümü göstərərək, əsas heyət üzvünə çevrilim. Hazırda mənim üçün əsas hədəf budu. Başqa variantlar - klubumu dəyişmək, icarəyə verilməyim ikinci dərəcəli variantlardı".
 
Qeyd edək ki, Kurban Berdıyev Tatarıstan prezidenti Rüstəm Minnixanovun qərarı ilə istefaya göndərilib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər