Abdulla ilə hansı Türkiyə klubunun maraqlandığı bilindi

Abdulla ilə hansı Türkiyə klubunun maraqlandığı bilindi

"Araz-Naxçıvan"ın sağ cinah müdafiəçisi Abdulla Rzayev karyerasını Türkiyədə davam etdirə bilər.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən oyunçu ilə "Sakaryaspor" maraqlanır.

Hərçənd klubu ilə müqaviləsinin müddəti bu yay başa çatacaq Rzayevin naxçıvanlılarla anlaşma yeniləməsi və yay digər Azərbaycan təmsilçilərindən birinə də keçməsi mümkündür.

Qeyd edək ki, 22 yaşlı oyunçu cari mövsüm "Araz-Naxçıvan" forması ilə Milsi Premyer Liqasında 27 matça çıxaraq 1 məhsuldar ötürmə ilə yadda qalıb. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər