AÇ: Azərbaycan komandasından bürünc medal

AÇ: Azərbaycan komandasından bürünc medal

İtaliyanın Rimini şəhərində Azərbaycan komandasının iştirakı ilə batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, yarışın üçüncü günündə yeniyetmə batutçular arasında sinxron tullanma üzrə təsnifat mərhələsi keçirilib. Hüseyn Abbasov - Maqsud Mahsudov dueti seçmə mərhələdə 85.800 balla birinci olaraq finala yüksəlib. 

Axşam seansında isə Mixail Malkin, Adıl Hacızadə və Tofiq Əliyevdən ibarət tamblinq triosu komanda finalında çıxış edib. Komandamız qitə çempionatının bürünc medalını qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər