AÇ: Azərbaycan gimnastları qızıl medal qazandı

AÇ: Azərbaycan gimnastları qızıl medal qazandı

Azərbaycan batutçuları Maqsud Mahsudov və Hüseyn Abbasov İtaliyanın Rimini şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa çempionatında qızıl medal qazanıb.

Fanat.Az xəbər verir ki, yeniyetmələrdən ibarət yığmanın üzvləri sinxron proqramda bütün rəqiblərini üstələyərək yarışın qızıl medalına sahib çıxıblar.

Xatırladaq ki, daha əvvəl Mixail Malkin, Adil Hacızadə və Tofiq Əliyevdən ibarət tamblinq komandamız çempionatının bürünc medalını qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər