Topaz Premyer Liqasında XXVII turun oyunlarını idarə edəcək baş hakimlər müəyyənləşib. Fanat.az xəbər verir ki, turun ilk qarşılaşmasını - "Qəbələ" - "İnter" matçını Rauf Cabbarov idarə edəcək.
Saat 16.00-da başlayacaq qarşılaşmalarda ədaləti FIFA referiləri qoruyacaq. Belə ki, "Xəzər Lənkəran" - "Simurq" oyununda Əliyar Ağayev, AZAL - "Bakı" matçında Rəhim Həsənov fit çalacaq.
"Rəvan" - "Neftçi" görüşünü Ramil Əliyev idarə edəcək. "Qarabağ" - "Sumqayıt" oyunu isə Vüsal Əliyevə apşırılıb.
Premyer Liqa
XXVII tur
23 mart
Qəbələ - İnter
Baş hakim: Rauf Cabbarov.
Şəhər stadionu. Saat 15.00.
Xəzər Lənkəran - Simurq
Baş hakim: Əliyar Ağayev.
"Xəzər Lənkəran" mərkəzi stadionu. Saat 16.00.
AZAL - Bakı
Baş hakim: Rəhim Həsənov.
"AZAL Arena". Saat 16.00.
Rəvan - Neftçi
Baş hakim: Ramil Diniyev.
"Bayıl Arena". Saat 17.00.
Qarabağ - Sumqayıt
Baş hakim: Vüsal Əliyev.
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 17.00.
Fanat.az