Ağacan Abiyevə "Olimpiya Çələngi" mükafatı verildi

Ağacan Abiyevə "Olimpiya Çələngi" mükafatı verildi

Azərbaycanın ictimai-siyasi və idman xadimi, professor, Əməkdar elm xadimi, Azərbaycan Milli Olimpiya Akademiyasının prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) fəxri baş katibi Ağacan Abiyev Avropa Olimpiya Komitəsinin “Olimpiya çələngi” mükafatı ilə təltif olunub.

Fanat.Az xəbər verir ki, məlumatı MOK-un mətbuat xidməti yayıb.

“Şöhrət" və "Şərəf" ordenli mütəxəssis bu mükafata Almaniyanın Frankfurt şəhərində keçirilən Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyasında layiq görülüb.

Baş Assambleyada mükafat Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyevə təqdim edilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər