Ağabala Ramazanov Türkiyə klubunun hədəfində

Ağabala Ramazanov Türkiyə klubunun hədəfində

Türkiyənin "Adanaspor" klubu U-21 yığmamızın üzvü Ağabala Ramazanovu rənglərinə qatmaq istəyir. Fanat.az xəbər verir ki, futbolçunun özü bu təklifə isti münasibət bəsləsə də, müqaviləylə məxsus olduğu "Xəzər Lənkəran" istedadlı futbolçunu buraxmaqda tərəddüd edir.

Hazırda "Adanaspor"u çalışdıran Güvənç Kurtarın Azərbaycan bazarına meyl etməsi başa düşüləndi. Ötən il "Rəvan"ın "sükanı arxası"nda dayanmış mütəxəssis azərbaycanlı futbolçuların potensialına yaxşı bələddi.

Qeyd edək ki, bir müddət öncə yığmamızın qapıçısı Kamran Ağayevlə münasibətlərini rəsmiləşdirmək istəyən Adana təmsilçisi son anda buna nail ola bilməyib. Buna səbəb Ağayevin "Kayserispor"a keçməsi olub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər