A Seriyasının ən yaxşısı oynayacağı klubu açıqladı

A Seriyasının ən yaxşısı oynayacağı klubu açıqladı

"Fiorentina"nın forvardı Duşan Vlaxoviç klubunu dəyişməyəcəyini bildirib.

Fanat.Az xəbər verir ki, Madrid "Atletiko"sunun 75 milyon avro qarşılığında transfer etmək istədiyi 21 yaşlı serb hücumçunun söylədiklərini "Sky Sport Italia" belə çatdırıb.

"Bu yay bir neçə maraqlı təklif alsam da, klubumdan məni satmasını tələb etmədim. Çünki Florensiyada qalmaqda qərarlıydım. Heç yerə getmirəm, burada oynayacam".

Qeyd edək ki, Vlaxoviç geridə qalan mövsümdə İtaliya A Seriyasında 37 matça çıxaraq 21 qol vurub və çıxış etdiyi çempionatın ən yaxşı gənc futbolçusu ünvanını qazanıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər