A Seriyasının ən yaxşısı klubundan ayrılır? - Bu tələbi rəhbərliyi qane etmədi

A Seriyasının ən yaxşısı klubundan ayrılır? - Bu tələbi rəhbərliyi qane etmədi

İtaliya çempionu "İnter" Lautaro Martinesin yeni müqavilə ilə bağlı tələbləri ilə razılaşmayıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Corriero dello Sport" yayıb. 

Xəbərə görə, hücumçunun nümayəndələri Milan nəhəngidən 3 illik yeni müqavilə bağlanılmasını istəyir. Üstəlik, agentlər ilk mövsüm üçün 12, ikinci il üçün 14, üçüncü il üçün isə 16 milyon avro ödəməyi tələb edir. 

Tələblərlə razılaşmayan və bu məbləğin klubun maraqlarına uyğun olmadığını çatdıran "İnter" qarşı tərəfdən şərtləri dəyişdirməyi istəyib. Cari A seriyasının ən yaxşı oyunçusu seçilən Lautaronun klubda qalmaq istədiyi vurğulanıb.

26 yaşlı futbolçu bu mövsüm bütün yarışlarda 44 oyun keçirib, 27 qol vurub və 7 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər