"Yuventus"un hücumçusu Kriştianu Ronaldu 2020/21 mövsümündə A Seriyasının ən yaxşı bombardiri olub.
Fanat.Az xəbər verir ki, portuqaliyalı hücumçu başa çatan mövsümdə 33 matçda 29 qol (6-sı penaltidən) vurub. "İnter"dən Romelu Lukaku (24) 2-ci, "Atalanta"dan Luis Muriel (22) 3-cü olub.
Xatırladaq ki, ötən mövsüm İtaliya çempionatının ən yaxşı bombardiri 36 qol vuran "Latsio" nun forvardı Ciro İmmobile idi.