A seriyasının 3 oyunu təxirə salındı - Koronavirusa görə

A seriyasının 3 oyunu təxirə salındı - Koronavirusa görə
İtaliyanın Lombardiya və Veneto regionlarında bütün idman tədbirlərinin təxirə salınıb.
Fanat.Az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Cüzeppe Konte məlumat verib.
Buna həmin regionlarda koronavirusun yayılması səbəb olub. Həmin tədbirlər sırasına A Seriyasının "Verona" - "Kalyari", "Atalanta" - "Sassuolo" və "İnter" - "Sampdoriya" matçları da daxildi. Hər 3 qarşılaşma bu gün keçirilməli idi. Oyunların yeni tarixləri hələ açıqlanmayıb.
Eyni zamanda həvəskar və gənclər liqalarında 42 matç, habelə B Seriyasının "Askoli" - "Kromeneze" görüşü də başqa vaxta keçirilib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər